Çarəsiz, kimsəsiz sahil kimisən, Kükrəyən dalgalar üstünə gəlir. Könül tellərində həsrət simisən, Yangısı bagrımın başını dəlir. Bu acı kədərə dözməyir ürək, Nəgməsi yarımçıq dodaq kimisən. Barlı baharını aparıb külək, Çiçəyi don vurmuş budaq kimisən. Şəhid nəfəslidir sanki bu payız, Torpaqdan şəhidlik qoxusu gəlir. Ey şəhid anası deyilsən yalqız, Arxanca haqqın...