MƏZARİ ŞƏHİD Ah, necə üzümə kədərlə baxır, Şəhid məzarıyla dolu xiyaban. Hər yandan yarımçıq xatirə axır, Cənnətin daş olmuş yolu xiyaban. Burda təbəssümdən libas geyib qəm, Burda məhəbbətin dadı başqadır. Burda iki yerə bölünüb aləm, Burda məhəbbətin adı daşdadır. Daşlardan üzümə boylanan gözlər, Vətən sevgisiylə necə də toxdur. Yarımçıq arzular,...