İstanbul
Az Bulutlu
22°C
İstanbul
22°C
Az Bulutlu
Pazar Çok Bulutlu
20°C
Pazartesi Az Bulutlu
16°C
Salı Çok Bulutlu
16°C
Çarşamba Çok Bulutlu
19°C

MƏZARİ ŞƏHİD
Ah, necə üzümə kədərlə baxır,
Şəhid məzarıyla dolu xiyaban.
Hər yandan yarımçıq xatirə axır,
Cənnətin daş olmuş yolu xiyaban.
Burda təbəssümdən libas geyib qəm,
Burda məhəbbətin dadı başqadır.
Burda iki yerə bölünüb aləm,
Burda məhəbbətin adı daşdadır.
Daşlardan üzümə boylanan gözlər,
Vətən sevgisiylə necə də toxdur.
Yarımçıq arzular, qırıq ümüdlər,
Hər baxış sinəmə tuşlanmış oxdur.
Düz baxa bilmirəm nurlu üzünə,
Gözlərim utanır baxışlarından.
Qəlbim parçalanır şəhid sözünə,
Bir igid can istər məzar daşından.
Burda bilinməzdir ölümün yaşı,
Bura məhəbbətlə dolu qucaqdır.
Sükuta bələnmiş hər məzar daşı,
Nə vaxtsa, nə vaxtsa oyanacaqdır.
Nazim Qocamanlı